Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu Koreya icması ilə əlaqələri genişləndirir

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu Koreya icması ilə əlaqələri genişləndirir Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-da yaşayan Koreya icmasının aparıcı nümayəndələri ilə görüş keçirilib
Xarici siyasət
14 Yanvar , 2016 10:27
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu Koreya icması ilə əlaqələri genişləndirir

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-da yaşayan Koreya icmasının aparıcı nümayəndələri ilə görüş keçirilib.

Baş konsulluqdan "Report"a verilən məlumata görə, "Dinlərarası Harmoniyanın Təşviqi" devizi altında təşkil olunan tədbirin məqsədi ABŞ-ın ən nufuzlu icmalarından olan Koreya icması ilə qarşılıqlı faydalı münasibətlərin qurulması olub.

Azərbaycanın Los-Ancelesdəki baş konsul Nəsimi Ağayev tədbiri açaraq, Azərbaycanın tarixi, çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri mövzusunda çıxış edib.

Azərbaycan ilə Koreya arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bu yaxın münasibətlərin ABŞ-da da davam etdirilməsinin vacibliyini qeyd edən baş konsul, ABŞ-ın Koreya icması ilə birgə uğurlu əməkdaşlıq üçün kifayət qədər potensialın olduğunu söyləyib. Diplomat vurğulayıb ki, Azərbaycan və Korea dillərinin eyni dil ailəsinə – Altay dil ailəsinə mənsub olması hər iki xalq arasında qardaşlıq bağlarının yaranmasına gözəl zəmin yaradır.

KCCD təşkilatının rəhbəri Heypin İm və təşkilatın idarə heyətinin həmsədrləri Con Park və Uqi Kim belə bir tədbirin keçirilməsindən məmnun qaldıqlarını ifadə edərək, səmərəli əməkdaşlıq üçün belə görüşlərin mütəmadi keçirilməsinin önəmini qeyd ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanın tolerantlıq və multukulturalizm sahəsində əldə etdiyi tarixi nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayaraq, hazırda beynəlxalq aləmdə dini və mədəni zəminlərdə cərəyan edən qanlı toqquşmalar fonunda Azərbaycanın tolerantlıq modelinin daha geniş şəkildə təbliğ edilməsinin zəruriliyini bildiriblər.

Son xəbərlər

Orphus sistemi