Azərbaycanın Koreyadakı səfirliyi yeni inzibati binaya köçüb

Azərbaycanın Koreyadakı səfirliyi yeni inzibati binaya köçüb Yeni bina əvvəlkindən böyükdür və Seulun sakit rayonunda yerləşir
Xarici siyasət
1 İyun , 2016 11:43
Azərbaycanın Koreyadakı səfirliyi yeni inzibati binaya köçüb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın Koreyadakı səfirliyi yeni inzibati binaya köçüb.

Səfirlikdən "Report"a bildiriblər ki, yeni bina Koreya paytaxtının Yonqsan-qu rayonunda yerləşib. 

Yeni bina əvvəlkindən böyükdür və Seulun sakit rayonunda yerləşir, bu da səfirlik işçilərinə öz vəzifələrini rahat şəkildə icra etməyə imkan verəcək. 

Qeyd edək ki, daha əvvəl səfirlik "Hannam Tower" ofis binasında yerləşib. 

Koreyadakı Azərbaycan səfirliyinin ştatı 6 nəfərdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi