Azərbaycanın Kanadadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb

Azərbaycanın Kanadadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb Məntəqədə vətəndaşlarımızın səsverməsi üçün tələb olunan tədbirlər yekunlaşıb
Xarici siyasət
24 Sentyabr , 2016 00:40
Azərbaycanın Kanadadakı səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanın Kanadadakı Səfirliyində referenduma hazırlıq işləri başa çatdırılıb.

Səfirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Kanadadakı səfirliyində 17 saylı Yasamal 3-cü seçki dairəsinin nəzdində 40 saylı seçki məntəqəsi yaradılıb.

Məntəqədə vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.

Kanadada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik tərəfindən vətəndaşlarımıza bildiriş göndərilib və telefonla ətraflı izahatlar verilib.

Son xəbərlər

Orphus sistemi