Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə baş verən zəlzələdə həlak olanların yaxınlarına başsağlığı verib

Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə baş verən zəlzələdə həlak olanların yaxınlarına başsağlığı verib Bu barədə səfirlik rəsmi "Twitter" səhifəsində yazıb
Xarici siyasət
24 Avqust , 2016 20:04
Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə baş verən zəlzələdə həlak olanların yaxınlarına başsağlığı verib

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

"Report"un məlumatına görə, bu barədə səfirlik rəsmi "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, ötən gecə İtaliyanın mərkəzində 6,2 bal gücündə zəlzələ olub. Nəticədə 73 nəfər həlak olub, onlarla insan yaralanıb. Bir çox şəhərlərə ciddi ziyan dəyib.

Səfirlik Azərbaycan vətəndaşlarının ölən və yaralanan arasında olub-olmaması məsələni İtaliyanın müvafiq qurumları ilə araşdırır.

Son xəbərlər

Orphus sistemi