​Azərbaycanın İrandakı səfiri: "Azərbaycanın hər vətəndaşı İran üçün səfir sayıla bilər"

​Azərbaycanın İrandakı səfiri: "Azərbaycanın hər vətəndaşı İran üçün səfir sayıla bilər" Bünyad Hüseynov: "Ölkələrimiz arasındakı əlaqələrə müsbət təsir göstərə bilən bir sıra ortaq layihə və proqramlar var"
Xarici siyasət
26 May , 2016 15:14
​Azərbaycanın İrandakı səfiri: Azərbaycanın hər vətəndaşı İran üçün səfir sayıla bilər

Bakı. 26 may. REPORT.AZ/ "Azərbaycanın hər vətəndaşı İran üçün bir səfir sayıla bilər. Ona görə də onlar üçün elə səfər şəraiti yaradılmalıdır ki, Azərbaycana xoş xatirələrlə dönsünlər".

"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası Müştərək Komissiyanın həmsədri, İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşündə deyib.

Səfrin sözlərinə görə, Azərbaycan vətəndaşları müalicə və ziyarət məqsədilə İrana səfər edirlər. B.Hüseynov iki ölkə vətəndaşlarının səfərlərini asanlaşdırmaq məqsədilə elektron viza sisteminin tətbiq edilməsinin zəruriliyini bildirib: "Ölkələrimiz arasındakı əlaqələrə müsbət təsir göstərə bilən bir sıra ortaq layihə və proqramlar var. Bakı-Tehran əlaqələrində onların təsirini müşahidə etmək mümkündür".

Mahmud Vaizi də iki ölkə arasındakı münasibətə toxunaraq bildirib ki, Tehran Azərbaycan vətəndaşlarının İslam Respublikasına sərmayə qoyması istiqamətindəki istəklərini müsbət qarşılayır və ölkənin özəl sektorunun İranda fəaliyyət göstərməsinə lazımi şərait yaratmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi