Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın Fransadakı səfirliyi noyabrın 13-də Parisdə törədilmiş terror aktları ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlılara müraciət ünvanlayıb.
“Report” səfirliyin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, müraciətdə bildirilir:
“Təcili: Fransada yaşayan azərbaycanlıların diqqətinə:
13 noyabrda Parisdə baş vermiş terror aktları nəticəsində hansısa həmvətənimizin zərər çəkməsi barədə kiminsə hər hansı məlumatı varsa, dərhal Azərbaycanın Fransadakı səfirliyinə telefonla müraciət etməsi xahiş olunur:
01 44 18 60 20 / +33 1 44 18 60 20
və ya Facebook səhifəmizə yazsın :
Noyabrın 14-ə keçən gecə Parisdə silsilə terror aktları baş verib. Nəticədə 128 nəfər ölüb, 200-dən çox insan zərər çəkib. Terror aktlarına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Fransada yaşayan azərbaycanlılar arasında zərərçəkən olmayıb.