​Azərbaycanın Əfqanıstandakı səfiri etimadnaməsini ölkə Prezidentinə təqdim edib

​Azərbaycanın Əfqanıstandakı səfiri etimadnaməsini ölkə Prezidentinə təqdim edib Ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
8 İyun , 2015 13:36
​Azərbaycanın Əfqanıstandakı səfiri etimadnaməsini ölkə Prezidentinə təqdim edib

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanın Türkmənistandakı səfiri (eyni zamanda Əfqanıstanda akkreditə olunub) Vəhdət Sultanzadə etimadnaməsini Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə təqdim edib. Bu barədə "Report" Əfqanıstan Prezidentinin rəsmi saytına istinadən xəbər verir.

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin səfir Vəhdət Sultanzadə ilə görüşü zamanı iki ölkə arasında iqtisadi, ticari, humanitar, mədəniyyət və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.

Əfqanıstan Prezidenti Azərbaycan tərəfinin ölkəsinə sərmayə yatırmasını yüksək dəyərləndirib. 

Son xəbərlər

Orphus sistemi