Azərbaycanın dünya xeyriyyəçilik reytinqində yeri açıqlanıb

Azərbaycanın dünya xeyriyyəçilik reytinqində yeri açıqlanıb "Charities Aid Foundation" reytinqində Myanma və ABŞ liderlik edirlər
Xarici siyasət
19 Noyabr , 2014 11:53
Azərbaycanın dünya xeyriyyəçilik reytinqində yeri açıqlanıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan "Charities Aid Foundation" (CAF) tərəfindən bu il üçün tərtib etdiyi dünya xeyriyyəçilik reytinqində 87-ci yeri tutub. "Report" xəbər verir ki, dünya xeyriyyə indeksi "Gallup" institutunun məlumatları əsasında tərtib olunur və dünyanın 135 ölkəsini əhatə edir. Reytinqdə həmin ölkələrin əhalisinin xeyriyyəçilik sahəsində nə qədər fəal olduqları əks olunub. 

Reytinqə Myanma və ABŞ başçılıq edirlər. İlk onluğa həmçinin Kanada, İrlandiya, Yeni Zelandiya, Avstraliya, Malayziya, Böyük Britaniya, Şri-Lanka, Trinidad və Tobaqo daxil edilib.

Gürcüstan reytinqdə 116-cı, Ermənistan 124-cü, Rusiya-126-cı, Türkiyə isə 128-ci yerdə qərarlaşıblar.

Siyahıda sonuncu yerləri Çernoqoriya (135), Ekvador (134), Fələstin (133), Venesuela (132) və Yəmən (131) tutublar.

"Charities Aid Foundation" iddia edir ki, WGI bütün dünyada xeyriyyə davranışını öyrənən ən iri tədqiqatdır. Reytinq 2010-cu ildən bu yana hər il tərtib edilir.

Son xəbərlər

Orphus sistemi