Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü Gürcüstanda qeyd olunub

Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü Gürcüstanda qeyd olunub Tədbir AZƏRTAC-ın təşəbbüsü və bu universitetdəki Azərbaycanın Dostları Klubunun təşkilatçılığı ilə keçirilib
Xarici siyasət
18 Oktyabr , 2016 16:59
Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü Gürcüstanda qeyd olunub

Tbilisi. 18 oktyabr. REPORT. AZ / Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi oktyabrın 18-də Gürcüstanda, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində qeyd olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir AZƏRTAC-ın təşəbbüsü və bu universitetdəki Azərbaycanın Dostları Klubunun təşkilatçılığı ilə keçirilib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva, universitetin professor, müəllim heyəti, tələbələr iştirak ediblər.

Klubun rəhbəri Leyla Əmrahova tədbiri açaraq Azərbaycanın müstəqillik tarixi barədə məlumat verib.

Sonra universitetin 4-cü kurs tələbəsi Elnarə Tağıyeva “Azərbaycan müstəqillik illərində” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra səfirliyin əməkdaşı Samirə Ağayeva çıxış edib, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın keçdiyi inkişaf yolundan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının qazandığı uğurlar barədə məlumat verib.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilən regional layihələrin əhəmiyyətindən danışıb.

Universitetin professoru Sardion Zedalaşvili, “Gürcüstanın aktiv qadınlar assosiasiyası”nın sədri Gültəkin Mustafayeva və başqaları çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq əlaqələrindən danışıb, müstəqillik illərində münasibətlərimizin daha da inkişaf etdiyini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi