​Azərbaycanın Braziliyadakı səfiri Pernambuko ştatına işgüzar səfər edib

​Azərbaycanın Braziliyadakı səfiri Pernambuko ştatına işgüzar səfər edib Səfir 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları barəsində ətraflı məlumat verib
Xarici siyasət
13 Mart , 2015 18:32
​Azərbaycanın Braziliyadakı səfiri Pernambuko ştatına işgüzar səfər edib

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Braziliyanın Pernambuko ştatına işgüzar səfər edib. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində səfir E.Sultanov Pernambuko ştatının qubernatoru Paulo Kamara ilə görüşüb.

Görüş zamanı səfir E.Sultanov Azərbaycan-Braziliya əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan ilə Pernambuko ştatı arasında əməkdaşlıq imkanlarının öyrənilməsi və qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb. O, Azərbaycanın müasir inkişafı, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə həmçinin, ev sahibliyi edəcəyi beynəlxalq əhəmiyyətli tədbirlər, xüsusilə 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları barəsində ətraflı məlumat verib.

Öz tərəfindən P.Kamara Pernambuko ştatının Azərbaycan ilə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirərək, adıçəkilən ştatın inkişafı və həyata keçirilən müxtəlif layihələr haqqında danışıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, səfər çərçivəsində səfir E.Sultanovun Pernambuko ştatının digər rəsmi şəxsləri ilə də görüşlər keçirilib və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi