Azərbaycanın bir sıra regionlarında NATO ilə əməkdaşlıq mövzusunda seminarlar keçirilib

Azərbaycanın bir sıra regionlarında NATO ilə əməkdaşlıq mövzusunda seminarlar keçirilib Seminarlar Şəmkir, Mingəçevir və Bərdədə keçirilib
Xarici siyasət
8 May , 2015 18:01
Azərbaycanın bir sıra regionlarında NATO ilə əməkdaşlıq mövzusunda seminarlar keçirilib

Bakı. 8 may. REPORT.AZ/ Rumıniyanın Azərbaycandakı səfirliyi NATO-nun koordinator səfirliyi səlahiyyətləri çərçivəsində "Azərbaycan və NATO arasında Avroatlantik təhlükəsizlik və əməkdaşlıq: keçmişin təcrübəsi və perspektivlər" mövzusunda bir sıra regional seminarlar keçirib. 

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, tədbirlər NATO Beynəlxalq məktəbi və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə mayın 6-da Şəmkirdə, mayın 7-də Mingəçevirdə və mayın 8-də Bərdədə keçirilib. 

Məlumata əsasən, seminarlarda yerli universitetlərin tələbələri və müəllimləri, regional hakimiyyət orqanlarının nümayəndələri iştirak edib. 

Seminarlar çərçivəsində Avroatlantik təhlükəsizlik arxitekturasında NATO-nun rolu, Azərbaycan və NATO arasında fundamental əməkdaşlıq mövzusunda müzakirələr aparılıb.

Seminarlarda çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu Azərbaycanın regionlarında əhalinin NATO fəaliyyəti haqqında məlumatlandırmağın əhəmiyyətini vurğulayıb. 

Seminarların iştirakçıları NATO-Azərbaycan pozitiv əməkdaşlığı ilə bağlı fikirlərini bildirib. 

Son xəbərlər

Orphus sistemi