Azərbaycanın bir sıra ölkələrdəki səfirləri geri çağırılıb - SİYAHI

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri geri çağırılıb - SİYAHI Prezident İlham Əliyev sərəncamlar imzalayıb
Xarici siyasət
27 Yanvar , 2016 19:01
Azərbaycanın bir sıra ölkələrdəki səfirləri geri çağırılıb - SİYAHI

Bakı. 27 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev İlqar Yusif oğlu Muxtarovun Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, dövlət başçısı həmçinin Elman Hidayət oğlu Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında da sərəncam imzalayıb. 

Son xəbərlər

Orphus sistemi