Azərbaycanın baş nazirinin müavini: "Bunun alternativi insanları real ölümlə üz-üzə qoymaqdır"

Azərbaycanın baş nazirinin müavini: "Bunun alternativi insanları real ölümlə üz-üzə qoymaqdır" Əli Əhmədov: "Günahsız insanları qurban seçən terrorizmə və terrorçulara haqq qazandırmaq mümkün deyil"
Xarici siyasət
14 Noyabr , 2015 12:48
Azərbaycanın baş nazirinin müavini: Bunun alternativi insanları real ölümlə üz-üzə qoymaqdır

Bakı. 14 noyabr. REPORT.AZ/ “Yeni Azərbaycan Partiyası Fransada baş verən qanlı terror hadisəsini hiddətlə pisləyir”. 

"Report" xəbər verir ki, bu fikirləri baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Fransanın paytaxtı Paris şəhərində törədilən qanlı terror hadisələrinə münasibət bildirərkən deyib:  “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, terrorizm hazırda insanlığı narahat edən əsas bəlaya çevrilib”. 

 Əli Əhmədov vurğulayıb ki, günahsız insanları qurban seçən terrorizmə və terrorçulara haqq qazandırmaq mümkün deyil: "Bütün ölkələr və xalqlar formasından, ideologiyasından, motivlərindən və yerlərindən asılı olmayaraq terrorizmin kökünü kəsmək üçün birləşmək zorundadır. Bunun alternativi insanları real ölümlə üz-üzə qoymaqdır. Ölkələr hər hansı istisnalara yol vermədən qlobal bəlaya çevrilmiş terrorizmdən tezliklə xilas olunmalıdır.

Parisdə törədilmiş terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına, bütün Fransa xalqına başsağlığı veririk". 

Son xəbərlər

Orphus sistemi