Azərbaycanın baş naziri Gürcüstan prezidenti ilə görüşüb

Azərbaycanın baş naziri Gürcüstan prezidenti ilə görüşüb Giorgi Margvelaşvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır
Xarici siyasət
16 May , 2016 12:38
Azərbaycanın baş naziri Gürcüstan prezidenti ilə görüşüb

Tbilisi. 16 may. REPORT.AZ/ Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasi-zadə Gürcüstan prezidenti Giorgi Margvelaşvili ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, qərb-şərq enerji dəhlizinin fəaliyyəti, eləcə də regionda həyata keçirilən digər enerji layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident Giorgi Margvelaşvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "Gürcüstan bu əlaqələrin inkişafında və möhkəmlənməsində maraqlıdır".

Artur Rasi-zadə Azərbaycanın Gürcüstanla əlaqələrinin daim yüksək səviyyədə olduğunu, dostluq münasibətlərinin inkişaf etdiyini, bu cür enerji layihlərinin hər iki dövlətin mənafeyinə xidmət etdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi