Bakı. 11 sentyabr. REPORT.AZ/
Sənəddə təəssüflə qeyd edilir ki, ATƏT DTİHB qısa müddətli və uzun müddətli müşahidəçilərin sayına dair Azərbaycan tərəfinin hazırladığı təklifləri qəbul etməyib. "Əfsuslar olsun ki, ATƏT DTİHB Azərbaycan tərəfinin narahatlığını başa düşməyib və suallar doğuran məsələlərlə bağlı məsləhətləşmələrdə iştirak etməkdən imtina edib. Bu mövqe ATƏT-in dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan ruhuna ziddir", - deyə sənəddə qeyd olunur.
Bildirilir ki, ATƏT DTİHB-nin bu qərarı struktur mandatına xələl gətirir.
Bununla belə, daimi nümayəndəlikdə vurğulayıblar ki, ATƏT DTİHB-in müşahidə missiyasının 1 noyabr seçkilərini izləyib izləməməsindən asılı olmayaraq Azərbaycan xalqı öz iradəsini şəffaf və açıq şəkildə ortaya qoyacaq.
Qeyd edək ki, ATƏT DTİHB-nin direktoru Maykl Corc Link bu gün bildirib ki, onun rəhbərlik etdiyi struktur Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidə missiyasını Bakıya göndərməkdən imtina edir.