Azərbaycanın Almaniyadakı Səfirliyində səsvermə başa çatıb

Azərbaycanın Almaniyadakı Səfirliyində səsvermə başa çatıb Səsvermədə 547 Azərbaycan vətəndaşı iştirak edib
Xarici siyasət
26 Sentyabr , 2016 21:38
Azərbaycanın Almaniyadakı Səfirliyində səsvermə başa çatıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın Almaniyadakı Səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 32 saylı referendum məntəqəsindəki səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Respublikasının AFR-dəki Səfirliyindən məlumat verilib.

Səsvermədə Almaniyada daimi və müvəqqəti yaşayan 547 Azərbaycan vətəndaşı iştirak edib.

Son xəbərlər

Orphus sistemi