Azərbaycanın ABŞ-dakı səfiri "Freedom House"un sabiq rəhbərinin tənqidinə cavab verib

Azərbaycanın ABŞ-dakı səfiri "Freedom House"un sabiq rəhbərinin tənqidinə cavab verib "Devid Kramer özünün anti-Azərbaycan təbliğatına zidd olan faktları qəbul etmir"
Xarici siyasət
8 Yanvar , 2015 15:44
Azərbaycanın ABŞ-dakı səfiri Freedom Houseun sabiq rəhbərinin tənqidinə cavab verib

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Azadlıq" radiosunun Bakı ofisində axtarışdan sonra "Freedom House" təşkilatının sabiq rəhbəri Devid Kramerin Azərbaycan hökumətinin ünvanına tənqidlərin səsləndiyi məqaləsinə cavab verib.

"Report" "Wall Street Journal"a istinadən xəbər verir ki, səfir məqaləsində D.Kramerin bu cür mövqeyinin Azərbaycanın strateji əhəmiyyətini və onun bu ölkəyə şəxsi münasibətini nümayiş etdirdiyini vurğulayıb.

Onun sözlərinə görə, sonuncu fakt "strateji korluğ"a, bu da öz növbəsində reallıqdan imtinaya gətirib çıxarır. 

E.Süleymanov qeyd edib ki, D.Kramer özünün anti-Azərbaycan təbliğatına zidd olan faktları qəbul etmir. 

Səfir xüsusilə bildirib ki, Leyla Yunusun alman həkimin rəhbərliyi altında bir qrup xarici həkimin müayinəsindən sonra sağlam olduğu təsbit edilib. 

E.Süleymanov həmçinin qeyd edib ki, "Azadlıq" radiosunun Bakı ofisinin əməkdaşları maliyyə səhlənkarlığı faktı üzrə istintaqa dəvət olunub. 

"Azərbaycanda daxili hüquqi istintaqın Amerikanın problemi kimi şişirdilməsi ABŞ-da "məzlum, günahsız kommunistlər"in azad olunması üzrə Sovet dövrü kampaniyasını xatırladır. SSRİ-də yaşamış bir insan kimi, mən təəssüflə etiraf etməliyəm ki, onilliklərin keçməsinə baxmayaraq, ideoloji dezinformasiya kampaniyalarının metodları dəyişməyib", - səfir vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi