Səfirlik: "Azərbaycanın 9 vətəndaşı yaxın zamanlarda Yəməni tərk edəcək"

Səfirlik: "Azərbaycanın 9 vətəndaşı yaxın zamanlarda Yəməni tərk edəcək" "Onlar Səna aeroportundadır və təxliyə üçün təyyarə gözləyirlər"
Xarici siyasət
2 Aprel , 2015 17:54
Səfirlik: Azərbaycanın 9 vətəndaşı yaxın zamanlarda Yəməni tərk edəcək

Bakı. 2 aprel. REPORT.AZ/ "Azərbaycanın 9 vətəndaşı hazırda Sana hava limanındadır və təxliyə üçün təyyarə gözləyir". Bu barədə "Report"a Azərbaycanın Səudiyyə Ərəbistanı və Yəməndəki səfirliyindən bildiriblər. 

"Onlar ölkəni Rusiya və ya Türkiyə aviaşirkətinə məxsus təyyarə ilə tərk edəcəklər. Hazırda Sanaya gələcək türk təyyarəsi Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərindən uçmaq üçün icazə gözləyir. Səfirlik həmvətənlərlə daim əlaqədədir", - səfirlikdən bildirilib. 

Qeyd edək ki, Yəməndə təxminən Azərbaycanın 20 vətəndaşı var. Onların əksəriyyəti Sana və Ədəndə yaşayır. Azərbaycanın Səudiyyə Ərəbistanı və Yəməndəki səfirliyində "qaynar xətt" açılıb və Yəməndə yaşayan azərbaycanlılar bura müraciət edə bilər.  

Son xəbərlər

Orphus sistemi