Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsində (AİHM) təmsil edən hakim vəzifəsinə irəli sürülən namizədlərin adları açıqlanıb.
Namizədlər Aygun Abdullayeva, Vüsalə Baxışova və Çingiz Əsgərovdur.
1967-ci il təvəllüdlü Aygun Abdullayeva Bakı
1979-cu ildə anadan olan Vüsalə Baxışova 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimidir.
1973-cü il təvəllüdlü Çingiz Əsgərov Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri və 2003-cü ildən Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndəsidir.
Azərbaycanın Avropa Məhkəməsindəki hazırkı hakimi Xanlar Hacıyevin səlahiyyət müddəti 2015-ci ilin oktyabr ayının 31-da başa çatır.