​Azərbaycandan olan dağ yəhudisi Almaniyada deputat seçilib

​Azərbaycandan olan dağ yəhudisi Almaniyada deputat seçilib Emanuel Adinayev əslən Qubanın Qırmızı qəsəbəsindəndir
Xarici siyasət
25 Dekabr , 2015 02:46
​Azərbaycandan olan dağ yəhudisi Almaniyada deputat seçilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Dekabrın 20-də Almaniyanın paytaxtı Berlin şəhərinin yəhudi icması parlamentinə seçkilər keçirilib.

"Report" xəbər verir ki, seçkilərin nəticələrinə görə, dağ yəhudisi və Almaniyanın "Dağ yəhudiləri" icmasının nümayəndəsi, 23 yaşlı tələbə Emanuel Adinayev KOAX partiyasından uğurla deputat seçilib.

Bundan əlavə, icma üzvlərinin məlumatına görə, KOAX partiyası səs çoxluğu əldə edib və parlamentdə mövcud olan 21 yerdən 13-nü tutub.

Qeyd edək ki, gələcəyin kimyaçı və fiziki olan Emanuel Adinayev Berlində, Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsindən (Yəhudi qəsəbəsi) olan ailədə doğulub.

Son xəbərlər

Orphus sistemi