Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının parlament seçkisində səs verəcəyi gün açıqlanıb.
"Report"un məlumatına görə, Azərbaycandakı Türkiyə vətəndaşları oktyabrın 25-də səs verəcək.
Səsvermə bir gün olacaq. Ümumilikdə xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi oktyabrın 8-dən 25-dək davam edəcək.
Səsvermə Türkiyənin səfriliklərində və konsulluqlarında yaradılan seçki məntəqələrində olacaq.
Qeyd edək ki, bu il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə seçkilər keçiriləcək.