Azərbaycanda yaşayan Tacikistan vətəndaşları parlament seçkilərində səs verə biləcək

Azərbaycanda yaşayan Tacikistan vətəndaşları parlament seçkilərində səs verə biləcək Tacikistanın Bakıdakı səfirliyində seçki məntəqəsi fəaliyyət göstərəcək
Xarici siyasət
13 Fevral , 2015 13:14
Azərbaycanda yaşayan Tacikistan vətəndaşları parlament seçkilərində səs verə biləcək

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda yaşayan Tacikistan vətəndaşları ölkənin yeni çağırış Məclisi Oli (parlament) və həmçinin yerli idarəetmə orqanlarına  keçiriləcək səsvermədə iştirak edərək martın 1-də keçiriləcək seçkilərdə səs verə biləcək.

Tacikistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumatda deyilir ki, martın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar səfirlikdə səhər saat 8-dən axşam 8-ə qədər seçki məntəqəsi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, Tacikistan parlamenti 2 palatadan ibarətdir. Aşağı palataya (Məclisi namoyandoqan) 41 deputat - birmandatlı seçki dairələrindən və 22 deputat - vahid respublika seçki dairəsi üzrə siyasi partiyaların siyahıları üzrə 63 deputat seçilir. Yuxarı palatada (Məclisi milli) 33 senator yer alır.

Son xəbərlər

Orphus sistemi