Azərbaycanda Rusiya Dumasına seçkilərə səsvermənin nəticələri açıqlanıb - SİYAHI

Azərbaycanda Rusiya Dumasına seçkilərə səsvermənin nəticələri açıqlanıb - SİYAHI Səfirlik: Dumaya seçkilər mütəşəkkil şəkildə keçirilib, heç bir şikayət daxil olmayıb
Xarici siyasət
19 Sentyabr , 2016 13:13
Azərbaycanda Rusiya Dumasına seçkilərə səsvermənin nəticələri açıqlanıb - SİYAHI

Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyində Dumaya seçkilərlə bağlı keçirilmiş səsvermədə 487 nəfər iştirak edib.

Səfirlikdən "Report"a verilən məlumaya görə, seçkilər mütəşəkkil şəkildə keçirilib, heç bir şikayət daxil olmayıb.

Seçkilərin yekununda partiya siyahısı üzrə səslər aşağıdakı şəkildə bölünüb:

"Vahid Rusiya" Partiyası - 283 səs (60%), Kommunist Partiyası - 58 (12%), Liberal Demokrat Partiyası - 40 (8,4%), "Yabloko" Partiyası - 28 (5,9%), Vətən Partiyası - 12 (2,5%), Rusiya Kommunistləri Partiyası - 9 (2%), Ədalət Uğrunda Təqaüdçülərin Rusiya Partiyası - 10 (2%), Xalq Azadlığı Partiyası" (PARNAS) - 8 (1,7%), "Artım" Partiyası" - 8 (1,7%), "Ədalətli Rusiya" Partiyası - 8 (1,7%), Yaşıllar Partiyası - 6 (1,3%), "Vətəndaş gücü" Partiyası - 2 (0,4%), Vətəndaş Platforması Partiyası - 1 (0,2%), Rusiyanın Vətənpərvərləri Partiyası - 1 (0,2%).

Son xəbərlər

Orphus sistemi