Azərbaycanda Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının plenar iclası keçirilib

Azərbaycanda Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının plenar iclası keçirilib İclasda Yunanıstan, Norveç, Ukrayna, İrlandiya, Macarıstan və Kolumbiyanın sabiq prezidentləri iştirak ediblər
Xarici siyasət
8 Mart , 2016 11:56
Azərbaycanda Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının plenar iclası keçirilib

Bakı. 8 mart. REPORT.AZ/ Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumu çərçivəsində Qarşılıqlı Fəaliyyət Şurasının (InterAction Council) illik plenar iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda Yunanıstan, Norveç, Ukrayna, İrlandiya, Macarıstan və Kolumbiyanın sabiq prezidentləri iştirak ediblər. Həmçinin, İordaniya, Macarıstan, Tanzaniya, Nigeriya, Kipr və Yamaykanın sabiq dövlət və hökumət başçıları iclasa qatılıb.

Kanadanın sabiq baş naziri Jan Kretyen çıxış edərək Şuranın yaranma tarixindən və məqsədindən danışıb. J.Kretyen deyib ki, belə qurumların məqsədi dünyada sülhə, sabitliyə xidmət edir.

İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-in həmsədri İsmayıl Serageldin də çıxışında iclasın tezliklə baş tutacaq IV Qlobal Bakı Forumu çərçivəsində keçirildiyini və dünyada, xüsusilə Yaxın Şərqdə baş verən hadisələrin əsas müzakirə mövzusu olduğunu qeyd edib.

Ardından iclas "Gələcək forum: sabahın liderlərini ilhamlandırmaq” mövzusu ilə davam edib.

Son xəbərlər

Orphus sistemi