Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycana gələn Yaponiya vətəndaşları vizanı hava limanında ala biləcək.
"Report" Azərbaycanın Yaponiyadakı səfirliyinə istinadən xəbər verir ki, fevralın 1-dən Yaponiya vətəndaşları Azərbaycanın bütün beynəlxalq hava limanlarında 30 gün müddətinə birdəfəlik viza ala biləcək.