Azərbaycan XİN Avropa Parlamentinin prezidentinə cavab verib

Azərbaycan XİN Avropa Parlamentinin prezidentinə cavab verib "Martin Şultşun Avropa ölkələrində polis zorakılığına yetərincə diqqət ayırması daha təqdirəlayiq olardı"
Xarici siyasət
27 Noyabr , 2014 13:06
Azərbaycan XİN Avropa Parlamentinin prezidentinə cavab verib

Bakı. 27 noyabr REPORT.AZ/ "Avropa Parlamenti prezidentinin çıxışında Azərbaycana aid olan məqamlar təəssüf və narazılıq doğurur. Barəsində danışılan şəxs - Leyla Yunusova digər ittihamlarla bərabər, ən ağır cinayətlərdən hesab olunan vətənə xəyanətdə ittiham olunur və onun işi ilə əlaqədar istintaq davam edir. İstintaqın işinə müdaxilə qanunun aliliyinin pozulmasıdır". "Report"un məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin (AP) prezidenti Martin Şultsun AP-nin noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirlərini şərh edərkən deyib.

"Martin Şults tərəfindən səsləndirilmiş Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri məsələsinə gəldikdə isə Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmayıb. Martin Şults tərəfindən bu məsələnin təhrif olunmuş formada təqdim olunması təəssüf doğurur.

Avropa Parlamentinin bilavasitə mandatına aid olan Avropa İttifaqı üzv ölkələrində insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər vardır. İslamofobiya, anti-semitizm və ayrı-seçkilik meyillərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması bu sıradandır.

Martin Şultsun bu problemlərə və eləcə də Ferqüsson hadisələrinə, Brüsseldə və digər Avropa ölkələrində polis zorakılığına və qeyri-proporsional gücdən istifadə hallarına da yetərincə diqqət ayırması daha təqdirəlayiq olardı".

Son xəbərlər

Orphus sistemi