Azərbaycan XİN: “Qardaş Türkiyədə baş verən hadisələr bizi ciddi surətdə sarsıtdı”

Azərbaycan XİN: “Qardaş Türkiyədə baş verən hadisələr bizi ciddi surətdə sarsıtdı” ”Bu demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir”
Xarici siyasət
16 İyul , 2016 09:13
Azərbaycan XİN: “Qardaş Türkiyədə baş verən hadisələr bizi ciddi surətdə sarsıtdı”

Bakı. 16 iyul. REPORT.AZ/ "Qardaş Türkiyədə baş verən hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı".

"Report" xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Türkiyədə baş verən hadisələrlə bağlı yaydığı bəyanatda belə deyilir.  

Bəyanatda bildirilib ki, bu, demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir: "Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxdı. 

Qardaş Tükiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşacağına əminliyimizi ifadə edirik".  

Son xəbərlər

Orphus sistemi