Azərbaycan XİN: Qarabağda "Beeline" rouminq xidmətinin açılması məsələsi araşdırılır

Azərbaycan XİN: Qarabağda "Beeline" rouminq xidmətinin açılması məsələsi araşdırılır "Bu məsələ Rusiya şirkətinin mərkəzi ofisi qarşısında qaldırılacaq"
Xarici siyasət
11 Fevral , 2015 16:56
Azərbaycan XİN: Qarabağda Beeline rouminq xidmətinin açılması məsələsi araşdırılır

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycanın işğal altında olan ərazisi Dağlıq Qarabağda "Beeline" şirkətinin rouminq xidmətinin fəaliyyətə başlaması haqqında məlumatı araşdırır. Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, bu məlumatlarla bağlı "Beeline" mobil rabitə şirkətinin mərkəzi ofisi qarşısında məsələ qaldırılacaq.

Ermənistan KİV-ində yayılan xəbərlərə ğörə, "Beeline" şirkəti Dağlıq Qarabağda yerləşən "Artsax" abunəçiləri üçün rouminq xidmətinin açılması haqqında məlumat yayıb. Bu məlumat Ermənistandakı "Beeline" şirkətinin rəsmi saytında yerləşdirilib. 

Şirkətin Moskvada yerləşən mərkəzi ofisi bu məsələi ilə bağlı hələlik açıqlama verməyib.  

Son xəbərlər

Orphus sistemi