Azərbaycan XİN İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı bəyanat yayıb

Azərbaycan XİN İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı bəyanat yayıb "Azərbaycan bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyəti və əzmi təqdir edir"
Xarici siyasət
18 Yanvar , 2016 11:41
Azərbaycan XİN İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı bəyanat yayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ "Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Fransa, Rusiya) və İran arasında Avropa İttifaqının iştirakı ilə 14 iyul 2015-ci ildə imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır.

"Report"un məlumatına görə, Azərbaycan XİN-in bəyanatında belə deyilir.

Bəyanatda bildirilib ki, Azərbaycan bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyəti və əzmi təqdir edir.

"Ümid edirik ki, razılaşmanın həyata keçirilməsi istiqamətində atılan addımlar region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı naminə regional və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır.

Biz, həmçinin bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik edir və bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk", - deyə bəyanatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi