Azərbaycan XİN Danimarka paytaxtında baş verən terror aktını pisləyib

Azərbaycan XİN Danimarka paytaxtında baş verən terror aktını pisləyib "Qurbanların ailələrinə başsağlığımızı ifadə edirik"
Xarici siyasət
15 Fevral , 2015 13:54
Azərbaycan XİN Danimarka paytaxtında baş verən terror aktını pisləyib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirliyi Danimarkada baş verən terror aktını pisləyib.

“Report”un Azərbaycan XİN-in yaydığı məlumata istinadən verdiyi xəbərə görə, Azərbaycan tərəfi terror aktı zamanı həlak olanların ailələrinə başsağlığı verib.

“Biz Kopenhagendə törədilmiş atışmaları pisləyirik. Qurbanların ailələrinə başsağlığımızı ifadə edirik”, - deyə, XİN-in müraciətində deyilir.

Qeyd edək ki, ötən gün naməlum silahlı şəxs öncə Kopenhagendəki kafelərdən birində müştərilərə atəş açıb, daha sonra isə yaxınlıqdaki sinaqoq binasına yönəlib. Polis hadisənin terror aktı olduğunu açıqlayıb.

Daha sonra Kopenhagen polisi atəş açan şəxsi məhv edib.

Son xəbərlər

Orphus sistemi