Azərbaycan XİN: Bəzi əməkdaşlar barəsində müvafiq intizam tədbirləri görüləcək

Azərbaycan XİN: Bəzi əməkdaşlar barəsində müvafiq intizam tədbirləri görüləcək "Diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən bir sıra şəxslərin diplomatik xidmətdə fəaliyyətinə xitam verilib"
Xarici siyasət
8 Sentyabr , 2015 12:50
Azərbaycan XİN: Bəzi əməkdaşlar barəsində müvafiq intizam tədbirləri görüləcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq, xarici işlər nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır, diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən şəxslər işdən azad edilir və digər intizam tədbirləri görülür". 

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

XİN-dən bildirilib ki, son aylar ərzində diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən bir sıra şəxslərin diplomatik xidmətdə fəaliyyətinə xitam verilib: "Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da bu sıradandır. Bu kimi bəzi başqa əməkdaşlar da vardır ki, araşdırmalara əsasən onların da barəsində müvafiq intizam tədbirləri görüləcək. Maliyyə nazirliyi və Hesablama Palatasının xətti ilə xaricdəki diplomatik nümayəndəliklərdə maliyyə təftişi və yoxlaması mütəmadi əsasda növbə ilə aparılır və bundan sonra da aparılacaqdır.

Təəssüflər olsun ki, diplomatik xidmətə yararlı olmadığı təsbit edilən və xidməti qüsurlara yol vermiş şəxslər işdən azad olduqdan sonra müəyyən məqsədlər güdərək yalan və böhtan xarakterli məlumatlar yayırlar".

Anar Həsənovun Avstraliyada yaşayış məsələsinə gəldikdə isə nazirliyin açıqlamasında qeyd olunub ki, bu şəxs xidməti qüsurlara görə bu ilin iyul ayında işdən azad edilib: "Azərbaycan demokratik ölkədir və fərdlərin sərbəst hərəkəti üçün bütün şərait mövcuddur. Diplomatik xidmətdə fəaliyyətinə xitam verilmiş şəxs harada yaşaması barəsində qərar qəbul etməkdə azaddır".

Son xəbərlər

Orphus sistemi