Azərbaycan XİN başçısı: "Türkiyə və Rusiya Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasında mühüm rol oynayır"

Azərbaycan XİN başçısı: "Türkiyə və Rusiya Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasında mühüm rol oynayır" "Azərbaycan hər iki ölkə ilə münasibətlərinin genişləndirilməsində maraqlıdır"
Xarici siyasət
26 May , 2016 10:19
Azərbaycan XİN başçısı: Türkiyə və Rusiya Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunmasında mühüm rol oynayır

Bakı. 26 may. REPORT.AZ/ "Həm Türkiyə, həm də Rusiya ilə əməkdaşlığın demək olar, bütün sahələrində münasibətlər dinamik şəkildə inkişaf edir. Azərbaycan hər iki ölkə ilə münasibətlərin genişləndirilməsində maraqlıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The Business Year"  jurnalına müsahibəsində Türkiyə-Rusiya münasibətlərini şərh edərkən deyib.

"Azərbaycanın həm strateji müttəfiq kimi Türkiyə, həm də strateji tərəfdaş kimi Rusiya ilə əlaqələri tarixi köklərə malikdir. İmzalanmış sənədlər həcmi, eləcə də müntəzəm qarşılıqlı səfərlər güclü əlaqələrin daha bir sübutudur", - deyə E.Məmmədyarov bildirib. O qeyd edib ki, Rusiya və Türkiyə arasında münasibətlərin hazırkı vəziyyəti Azərbaycan üçün arzuedilən deyil.

"Həm Türkiyə, həm də Rusiya Cənubi Qafqaz regionunda və onun kənarında təhlükəsizliyin və sabitliyin qorunmasında mühüm rol oynayır. Azərbaycan hələ də bütün mümkün yollarla hər iki ölkə ilə əlaqələrinin genişləndirilməsində maraqlıdır. Ümid edirik ki, birgə səylər nəticəsində Rusiya və Türkiyə arasında münasibətlər dialoq və qarşılıqlı anlaşma yolu ilə normallaşacaq", - deyə Azərbaycan XİN başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi