Azərbaycan XİN başçısı Niderland səfirini qəbul edib

Azərbaycan XİN başçısı Niderland səfirini qəbul edib Görüşdə iki ölkə arasında uğurlu əməkdaşlıq xüsusi vurğulanıb
Xarici siyasət
26 İyul , 2016 18:28
Azərbaycan XİN başçısı Niderland səfirini qəbul edib

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə son illər iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.

Həmçinin, iki ölkə arasında ətraf mühit, kənd təsərrüfatı, fövqəladə hallar, logistika və digər sahələrdə qurulmuş uğurlu əməkdaşlıq xüsusi vurğulanıb.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Robert Jan Qabrielsenə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi