Azərbaycan XİN başçısı: "Münaqişənin həlli üçün ilk növbədə Ermənistan Silahlı Qüvvələri işğal olunan Azərbaycan ərazilərindən çıxarılmalıdır"

Azərbaycan XİN başçısı: "Münaqişənin həlli üçün ilk növbədə Ermənistan Silahlı Qüvvələri işğal olunan Azərbaycan ərazilərindən çıxarılmalıdır" Elmar Məmmədyarov: "Güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir"
Xarici siyasət
27 May , 2016 18:07
Azərbaycan XİN başçısı: Münaqişənin həlli üçün ilk növbədə Ermənistan Silahlı Qüvvələri işğal olunan Azərbaycan ərazilərindən çıxarılmalıdır

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini qəbul edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla ATƏT Parlament Assambleyası arasında əməkdaşlığın gələcək perspektivləri, regional məsələlər, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyət, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada münaqişə ilə bağlı yüksək səviyyəli görüşü haqqında məlumat verən E.Məmmədyarov güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

O əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunan Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.

Kristian Vigenin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə parlament dəstəyinin artırılmasının vacibliyini vurğulayıb. 

Görüşdə həmçinin ATƏT PA və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları və ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi