​Azərbaycan XİN başçısı Gürcüstana səfər edəcək

​Azərbaycan XİN başçısı Gürcüstana səfər edəcək Elmar Məmmədyarovun gürcüstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşü planlaşdırılıb
Xarici siyasət
16 Fevral , 2015 13:49
​Azərbaycan XİN başçısı Gürcüstana səfər edəcək

Bakı. 16 fevral. REPORT.AZ/ Fevralın 19-da Azərbycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana iki günlük rəsmi səfər edəcək.

"Report" Gütcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Gürcüstan XİN-in sözçüsü David Kereselidze keçirdiyi ənənəvi brifinqdə bildirib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğuna işarə edərək, əlaqələrin bir sıra sahələrdə, o cümlədən energetika və nəqliyyatda inkişafın intensiv istiqamətdə getdiyini vurğulayıb.

Kereselidze bildirib ki, Elmar Məmmədyarovun gürcüstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşü planlaşdırılır.

Görüşdə Azərbaycan - Gürcüstan münasibətlərini əhatə edən siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrinə dair məsələlər müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi