Azərbaycan XİN başçısı GUAM-ın baş katibi ilə görüşüb

Azərbaycan XİN başçısı GUAM-ın baş katibi ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
8 Fevral , 2016 18:40
Azərbaycan XİN başçısı GUAM-ın baş katibi ilə görüşüb

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Nazir Elmar Məmmədyarov hazırda GUAM-a sədr ölkə kimi Azərbaycanın üzv dövlətlər arasında nəqliyyat, turizm, enerji, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişafına töhfəsini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi