Azərbaycan XİN ABŞ vətəndaşını "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarıb

Azərbaycan XİN ABŞ vətəndaşını "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarıb Azərbaycan hökuməti və xalqından üzr istəyən Paul Salopek işğal olunan ərazilərə gələcəkdə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib
Xarici siyasət
4 Sentyabr , 2015 12:43
Azərbaycan XİN ABŞ vətəndaşını Arzuolunmaz şəxslər siyahısından çıxarıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Pulitzer mükafatının qalibi, jurnalist, “National Geographic” jurnalının əməkdaşı, ABŞ vətəndaşı Paul Salopek Azərbaycan hökumətinə məktubla müraciət edərək, adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. P.Salopek məktubda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilən Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib: "O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşıya bilməyəcəyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Paul Salopek Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədəyini bildirib.

XİN-dən bildirilib ki, işğal olunan ərazilərə qanunsuz səfər ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyən Paul Salopek işğal olunan ərazilərə gələcəkdə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib: "Paul Salopekin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına və qədim insanların hərəkət marşrutunun piyada səfərlə öyrənilməsinə xidmət edən “Out of Eden Walk” layihəsi çərçivəsində Azərbaycana səfərinə icazə verilib".

Son xəbərlər

Orphus sistemi