Azərbaycan xarici işlər nazirinin müavini ATƏT-in Daimi Şurasının iclasında çıxış edəcək

Azərbaycan xarici işlər nazirinin müavini ATƏT-in Daimi Şurasının iclasında çıxış edəcək İclasda Dağlıq Qarabağ münaqışəsinin həllinin hazırkı vəziyyəti müzakirə olunacaq
Xarici siyasət
10 Fevral , 2016 09:14
Azərbaycan xarici işlər nazirinin müavini ATƏT-in Daimi Şurasının iclasında çıxış edəcək

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Daimi Şurasının Vyanada keçiriləcək iclasında iştirak edəcək.

Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, A.Əzimov fevralın 11-də iclasda çıxış edəcək.

İclasda Dağlıq Qarabağ münaqışəsinin həllinin hazırkı vəziyyəti müzakirə olunacaq.

Daimi Şura ATƏT-in qərarların qəbulu üzrə əsas daimi fəaliyyət göstərən orqanıdır. Şura hər həftə Vyanada bir araya gəlir və müvafiq qərarlar qəbul etmək üçün ATƏT məkanında mövcud vəziyyəti müzakirə edir.

Son xəbərlər

Orphus sistemi