Azərbaycanın ​xarici işlər naziri Türkmənistan Prezidenti ilə görüşüb

Azərbaycanın ​xarici işlər naziri Türkmənistan Prezidenti ilə görüşüb Görüş zamanı iki ölkə arasında iqtisadi, ticarət, elm, təhsil eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib
Xarici siyasət
29 Yanvar , 2015 11:48
Azərbaycanın ​xarici işlər naziri Türkmənistan Prezidenti ilə görüşüb

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin bu gün Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb. XİN-dən "Report"a verilən məlumata görə, Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

Prezident Qurbanqulu Berdiməhəmmədov salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulandıb.

Görüş zamanı iki ölkə arasında iqtisadi, ticarət, elm, təhsil eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi