Azərbaycan xarici işlər naziri Qətərə səfər edəcək

Azərbaycan xarici işlər naziri Qətərə səfər edəcək Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumunda iştirak edəcək
Xarici siyasət
20 May , 2016 19:14
Azərbaycan xarici işlər naziri Qətərə səfər edəcək

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 21-də Qətərə səfər edəcək. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, E.Məmmədyarov Doha şəhərində keçiriləcək 16-cı Doha Qlobal Forumunda iştirak edəcək. Forum çərçivəsində nazir Elmar Məmmədyarovun “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı plenar sessiyada çıxışı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi