Azərbaycan xarici işlər naziri Brüsselə səfər edib

Azərbaycan xarici işlər naziri Brüsselə səfər edib Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak edəcək
Xarici siyasət
30 May , 2016 11:37
Azərbaycan xarici işlər naziri Brüsselə səfər edib

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında sabah keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib. 

XİN-dən "Report"a verilən məlumatına görə, Nazir Elmar Məmmədyarov NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun 31 mayda Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi