Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bugün Almaniyaya səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun almaniyalı həmkarı Frank-Valter Ştanmayer və digər rəsmilərlə görüşü nəzərdə tutulub.