Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası oktyabrda keçiriləcək

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası oktyabrda keçiriləcək Səfir Anar İmanov Hanoyda bu ölkənin prezidenti Tran Day Kuanq ilə görüşüb
Xarici siyasət
22 Sentyabr , 2016 11:59
Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ilk iclası oktyabrda keçiriləcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin prezidenti Tran Day Kuanq ilə görüşüb.

"Report" Vyetnam KİV-inə istinadən xəbər verir ki, Hanoyda baş tutan görüşdə iqtisadiyyat, ticarət və elmi-texniki əməkdaşlığın inkişafı üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın ilk iclasının təşkili məsələsi müzakirə olunub.

Onun sözlərinə görə, komissiya ölkələr arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün mühüm mexanizmdir.

Zəngin təbii ehtiyatlar və sənayenin bir sıra sferalarının, xüsusilə də neft və qaz sahəsinin tərəqqisindən danışan Vyetnam prezidenti Azərbaycandan Vyetnam Milli Neft və Qaz Qrupuna ölkəsində neft və qaz hasilatı və müxtəlif layihələrdə iştirak etməkdə köməklik göstərilməsini xahiş edib.

T.D.Kuanq bu sahədə daha sıx əlaqələr qurmaq üçün tərəflərin təlim və treninqlərin təşkilinin razılaşdırılması üzrə layihəni müzakirə edib saziş imzalaması təklifini irəli sürüb.

Öz növbəsində, Azərbaycan səfiri Azərbaycanda təhsil alan və işləyən vyetnamlıların iki ölkə arasında ənənəvi əlaqələrin möhkəmlənməsində mühüm rol oynadıqlarını vurğulayıb.

Onun sözlərinə görə, iki ölkənin iqtisadi və ticarət əməkdaşlığının potensialından tam istifadə etmək lazımdır. A.İmanov qeyd edib ki, Azərbaycan iqtisadiyyat, ticarət, mədəniyyət və turizm sahələrində ikitərəfli əlaqələrin inkişafını təşviq etmək məqsədilə Bakıda Vyetnam səfirliyinin açılmasını istərdi.

Azərbaycanlı diplomat oktyabr ayında keçiriləcək hökumətlərarası komissiyasının ilk iclasının hər iki tərəf üçün əməkdaşlıqda yeni imkanlar açacağını bildirib.

Son xəbərlər

Orphus sistemi