Nazir müavini: "Azərbaycan viza rejiminin sadələşdirilməsi ilə bağlı Avropa İttifaqının reaksiyasını gözləyir"

Nazir müavini: "Azərbaycan viza rejiminin sadələşdirilməsi ilə bağlı Avropa İttifaqının reaksiyasını gözləyir" "Bu, yalnız uzunmüddətli perspektivdə mümkündür"
Xarici siyasət
25 Fevral , 2015 16:33
Nazir müavini: Azərbaycan viza rejiminin sadələşdirilməsi ilə bağlı Avropa İttifaqının reaksiyasını gözləyir

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan viza rejiminin sadələşdirilməsi ilə bağlı Avropa İttifaqının münasibət bildirəcəyini gözləyir. 

"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə bildirib. 

"Biz Aİ ilə viza rejiminin sadələşdirilməsində nailiyyətlərin qiymətləndirilməsi ilə bağlı danışıqlara başlamağı və bu istiqamətdə gələcəkdə atılacaq addımları planlaşdırırıq", - o qeyd edib.

Onun sözlərinə görə, belə bir təcrübə mövcuddur ki, razılaşmanın birinci mərhələsinin həyata keçirilməsinin uğuru bir müddətdən sonra bu istiqamətdə gələcək fəaliyyətlə bağlı məsələ qaldırmağa imkan verir. 

"Razılaşmanın qüvvəyə minməsindən 6 ay keçib, nailiyyətləri nəzərdən keçirməyin və qiymətləndirməyin, eləcə də viza rejiminin sadələşdirilməsi prosesində gələcək addımlar haqqında düşünməyin vaxtıdır", - M.Məmmədquliyev vurğulayıb. 

O, Avropa İttifaqı ilə viza rejiminin tam ləğv olunmasını istisna etməyib. 

Nazir müavini əlavə edib ki, bu, yalnız uzunmüddətli perspektivdə mümkündür.

Son xəbərlər

Orphus sistemi