Azərbaycan vətəndaşları Monteneqroya vizasız səfər edə bilərlər

Azərbaycan vətəndaşları Monteneqroya vizasız səfər edə bilərlər Azərbaycan vətəndaşları vizasız 90 gün müddətində bu ölkənin ərazisindən sərbəst giriş-çıxış edə bilər
Xarici siyasət
24 Mart , 2015 04:20
Azərbaycan vətəndaşları Monteneqroya vizasız səfər edə bilərlər

Bakı. 24 mart. REPORT.AZ/ Monteneqro hökuməti Azərbaycan Respublikasının vətəndaşlarının bu ölkəyə vizasız gediş-gəliş rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir ki, Azərbaycan vətəndaşları vizasız 90 gün müddətində bu ölkənin ərazisindən sərbəst giriş-çıxış, tranzit kimi istifadə edə və orada yaşaya bilərlər.

Son xəbərlər

Orphus sistemi