​Azərbaycan və Yunanıstanın XİN rəhbərləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

​Azərbaycan və Yunanıstanın XİN rəhbərləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər Tərəflər beynəlxalq arenalarda bir-birinə dəstək göstərmək və ölkələr arasında əlaqələri genişləndirmək barədə razılığa gəliblər
Xarici siyasət
2 Fevral , 2016 21:42
​Azərbaycan və Yunanıstanın XİN rəhbərləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan yunanıstanlı həmkarı Nikos Kotzias ilə görüş keçirib.

"Report" xəbər verir ki, nazirlər təkbətək və geniş tərkibli görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Avropada miqrasiya böhranı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, həmçinin energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

XİN rəhbərləri ölkələr arasında əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq arenalarda bir-birinə dəstək göstərməyi davam etdirmək barədə razılıq əldə ediblər.

Son xəbərlər

Orphus sistemi