Azərbaycan və Yaponiya elm və idman sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və Yaponiya elm və idman sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib Azərbaycanın Yaponiyadakı səfiri nazir Hiroşi Hase ilə görüşüb
Xarici siyasət
19 Fevral , 2016 15:15
Azərbaycan və Yaponiya elm və idman sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin təhsil, mədəniyyət, idman və texnologiya naziri Hiroşi Hase ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı geniş səpkili məsələlər, o cümlədən idman, təhsil, elm və texnologiya sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Görüşdə Bakının ilk Avropa Oyunlarının keçirilməsindəki müvəffəqiyyətli fəaliyyətinə də toxunulub. Səfir yapon nazirə "Formula-1" üzrə Avropa Qran-Prisi, İslam Həmrəyliyi Oyunları, eləcə də AVRO-2020 çərçivəsində futbol matçları kimi yaxın gələcəkdə paytaxtımızda keçiriləcək vacib idman hadisələrindən bəhs edib.

Son xəbərlər

Orphus sistemi