Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub Prezident İlham Əliyev Türkiyənin yanında olduğunu vurğulayıb
Xarici siyasət
29 İyun , 2016 14:35
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Prezident İlham Əliyev Türkiyənin yanında olduğunu vurğulayıb

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

“Report” Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, İ.Əliyev İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi