​Azərbaycan və Türkiyə prezidentləri arasında görüş keçirilib

​Azərbaycan və Türkiyə prezidentləri arasında görüş keçirilib Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar
Xarici siyasət
12 İyun , 2015 17:36
​Azərbaycan və Türkiyə prezidentləri arasında görüş keçirilib

Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəyə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

"Report"un məlumatına görə, dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə şəxsən təbrik edib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Əlaqələrin bundan sonra da bütün sahələrdə daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulanıb. Prezident İlham Əliyev Türkiyə idmançılarına uğurlar arzulayıb. Bu tədbirin ölkələr və xalqlar arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi qeyd edilib.

Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi