Bakı. 12 iyul. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya işgüzar səfəri çərçivəsində bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli dialoqun inkişafı və aktual beynəlxalq problemləri müzakirə edəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Görüşdə Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səyləri müzakirə edilib.
Məlumata görə, hər iki ölkənin XİN başçıları danışıqların davamı olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə xüsusi diqqət yetirəcəklər.